“Xalq Bank” ASC 2020-ci ili 25,775 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu ilə nisbətən 22,9 % azdır.
Ötən il “Xalq Bank”ın əməliyyat gəlirləri 130,955 milyon manat (illik müqayisədə 0,5 % çox), xərcləri 73,937 milyon manat (1,1 % az), xüsusi ehtiyatlara ayırmaları 24,515 milyon manat (77,9 % çox), gözlənilməz gəlirləri 83 min manat (62,3 % az), mənfəət vergisi ödəmələri isə 6,813 milyon manat (20,1 % az) təşkil edib.
Bu il yanvarın 1-nə “Xalq Bank”ın aktivləri 2 353,091 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,3 % azdır. Bunun 1 454,135 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə Bankın kredit portfeli 19,2 % kiçilib.
Hesabat dövründə “Xalq Bank”ın öhdəlikləri 6 % azalaraq 1 916,303 milyon manata, o cümlədən depozit portfeli 7,3 % azalaraq 1 590,492 milyon manata düşüb, balans kapitalı 4,1 % artaraq 436,788 milyon manata çatıb.
Xatırladaq ki, "Xalq Bank" 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 364,773 milyon manatdır. Bankın səhmlərinin 50 %-i "İdeal Business Co." MMC-yə ("Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 33,85 %-i "Euro Standard" MMC-yə ("Xalq Sığorta" ASC-nin 50 %-lik səhmdarı), 16,15 %-i isə "AMAL Invest Group" MMC-yə məxsusdur.