"Unibank" yeni kredit aksiyası keçirir
- 08 dekabr, 2014
- 14:03
Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanın "Unibank" ASC yeni başladığı və dekabrın 30-dək davam edəcək güzəşt aksiyası çərçivəsində 2 015 manata qədər olan bütün kreditləri müştərilərə komissiyasız təqdim edəcək. Bu barədə "Report"a bankın mətbuat xidmətindən məlumat verilib.
Bu kampaniya işindən, peşəsindən asılı olmayaraq, bütün sahələrdə çalışan, rəsmi gəliri olan vətəndaşları əhatə edir.
Bununla yanaşı, bankla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) arasında imzalanan müqaviləyə əsasən, "Unibank" ASC “Elektron hökumət” portalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq sayəsində vətəndaşlar kreditin rəsmiləşdirilməsi üçün elektron arayışdan istifadə edə biləcəklər.
Qeyd edək ki, hazırda "Unibank"ın 38 filialı var.