“Bakı Fond Birjası” (BFB) QSC və beynəlxalq investisiyaların idarə edilməsi təşkilatı “CFA Institute” və onun tərkibində fəaliyyət göstərən “CFA Society Istanbul” arasında əməkdaşlığa dair memorandum imzalanıb.
"Report" bu barədə BFB-yə istinadən xəbər verir.
Sənədi "CFA Society Istanbul"un prezidenti Alper Alkan və Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov imzalayıblar.
Anlaşmanın əsas məqsədi “CFA Society Istanbul”, “CFA Institute” və Bakı Fond Birjası arasında əməkdaşlıq platforması yaradaraq maliyyə sektorunda təcrübə, təlim və bilik mübadiləsini təşviq etməkdir.
"Bu əməkdaşlıq Türkiyə və Azərbaycanın maliyyə və kapital bazarlarının inkişafına töhfə verəcək", - deyə R. Xəlilov bildirib.
Qeyd edək ki, əməkdaşlıq çərçivəsində tərəflər maliyyə sektorunda peşəkar kadrlar bazasının yaradılması, inkişaf və təlim proqramları, qabaqçıl təcrübələri dəstəkləmək üçün birgə fəaliyyət həyata keçirməyi planlayırlar.