SOCAR-ın birgə müəssisələrə investisiyaları 4 % artıb

Maliyyə
  • 04 dekabr, 2023
  • 10:51
SOCAR-ın birgə müəssisələrə investisiyaları 4 % artıb

Bu il iyulun 1-nə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə müəssisələrə investisiyaları 6,045 milyard manat təşkil edib.

“Report” bu barədə şirkətin yarım illik maliyyə (audit) hesabatına istinadən xəbər verir.

Sənədə əsasən, bu, ötən il iyulun 1-i ilə müqayisədə 3,8 % çoxdur.

2023-cü il iyunun sonuna SOCAR-ın birgə müəssisələrə investisiyaları onun aktivlərinin 8,6 %-ni təşkil edib. Bu nisbət 2022-ci il iyunun sonuna 7,2 % olub.

44 filmi