"Sizin Lombard"ın istiqrazlarına 51 investor maraq göstərib
- 02 oktyabr, 2026
- 15:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda "Sizin Lombard" brendi ilə daşınar əşyalar girov qoyulması müqabilində qısamüddətli kreditlər verən "GL" ASC-nin 6,9 milyon manatlıq faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlarının 500 min manatlıq tranşının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Bu barədə "Report"a BFB-dən bildirilib.
Məlumata görə, hər birinin nominal dəyəri 100 manat olan 5 000 ədəd istiqraz birqiymətli hərrac üsulu ilə yerləşdirilib. Hərraca 51 investor 500 min manatlıq 51 sifariş təqdim edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib. Qiymətli kağızlar 7 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 15 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-dir.
İstiqrazların tədavüldə olduğu müddətdə emitentin onları geri alması nəzərdə tutulmayıb.