"Standard and Poor's" ("S&P) beynəlxalq reytinq agentliyi İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) uzun və qısamüddətli kredit reytinqini "BB-/B" səviyyəsində təsdiqləyib.
"Report" SİF-ə istinadən xəbər verir ki, bu, Fonda verilən ilk reytinqdir.
"S&P yaxın gələcəkdə SİF-in reytinqinin "Sabit" qalacağını proqnozlaşdırır. Bununda SİF "S&P"dən ilk dəfədən yüksək reytinq almış qurumlardan biri olub.
SİF-in ölkə iqtisadiyyatının inkişafında əvəzolunmaz rolu, dövlət və özəl sektor arasında əlaqələndirici mövqeyi müsbət qiymətləndirilib.
"Fondun yüksək reytinq almasına təsir göstərən başlıca faktorlar güclü kapital mövqeyi və gəlirlilik səviyyəsi olub", - deyə agentlik bəyan edib.
"Reytinqin alınmasında əsas məqsəd qloballaşan bazarın tələblərinə uyğunlaşmaq, Fondun cari və potensial tərəfdaşları arasında etibarlılığını artırmaq və gələcəkdə xarici maliyyə vəsaitlərinin cəlb edilməsi üçün uyğun zəmin yaratmaqdır", - deyə agentlik bəyan edib.
S&P hesab edir ki, SİF-nin uzunmüddətli reytinqi Azərbaycanın maliyyə şirkətləri üzrə “b-” lövbəridir.
"Azərbaycandakı maliyyə şirkətlərinin Mərkəzi Bankın maliyyələşdirməsinə çıxışı olmadığı səbəbindən, bazarın həssas maliyyələşdirməsindən daha çox asılı olması, həmçinin daha yüksək rəqabət riski şəraitində fəaliyyət göstərmələri səbəbi ilə banklara nisbətən daha yüksək sahə riski ilə üzləşirlər", - fgentlik bildirir.
Bu ilin ortalarına olan vəziyyətət görə, təxminən 828 milyon manatı (487 milyon ABŞ dolları) həcmində aktivləri ilə SİF, Azərbaycanın ilk üç kommersiya bankından (Azərbaycan Beynəlxalq Bankı, PAŞA Bank və Kapital Bank) xeyli kiçikdir.
SİF sahibkarlara 5 %-lə kredit vermək üçün 40-a yaxın yerli bank və kredit ittifaqlarına 1 % dərəcəsi ilə kredit ayırır ki, bu da bazar faizlərindən xeyli aşağıdır və sahibkarlara sərfəli faizlə borc götürmək imkanı verir
"Mərkəzi Bankın və hökumətin nümayəndələrinin SİF-in müşahidə şurasında təmsil olunması səbəbi ilə fondun tənzimləyici nəzarəti, Azərbaycandakı digər maliyyə şirkətlərindən daha güclüdür.
2021-ci ilin oktyabr ayında SİF Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə birləşdirilməsi yolu ilə yenidən təşkil edilib. AİŞ-in əsas iqtisadi məqsədi Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşudur. Lakin əməliyyat baxımından birləşmə hələ başlamayıb. Biz hökumətlə əlaqəli bu iki qurumun birləşməsindən hər hansı inteqrasiya və əməliyyat riskləri gözləmirik”, - hesabatda qeyd edilib.
SİF ölkə prezidentinin 31 iyul 2018-ci il tarixli fərmanı ilə 1992-ci ildə təsis edilmiş Sahibkarlığa Kömək Milli Fondunun hüquqi bazası əsasında yaradılıb. Fondun başlıca məqsədi Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsində ən yaxşı beynəlxalq təcrübələri təşviq etmək, dövlət və sahibkarlar arasında əməkdaşlığın inkişafına və qarşılıqlı inam mühitinin yaradılmasına nail olmaqdır. SİF 30 illik fəaliyyət dövründə 39 220 layihənin maliyyələşdirilməsi məqsədilə 29 310 sahibkarlıq subyektinə 2,8 milyard manat kredit verib.