“Report”un əməkdaşı yazı müsabiqəsinin qalibi olub
- 21 iyul, 2023
- 12:13
Yeniliklərdən dərhal xəbərdar olun!
“Report" İnformasiya Agentliyinin baş redaktorunun müavini İlahə Məmmədli Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) keçirdiyi “Müasir Azərbaycan iqtisadiyyatının inkişafında sığortanın rolu: mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil olunmuş yazı müsabiqəsində 1-ci yerə layiq görülüb.
"Report" xəbər verir ki, yazı müsabiqəsində 2-ci yerə “APA” İnformasiya Agentliyinin iqtisadiyyat müxbiri Rahim Tarıverdiyev, 3-cü yerə isə “Bakivaxti.az” xəbər portalının müxbiri Ramid İbrahimov layiq görülüb. “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-nin İnformasiya Proqramları Studiyasının İqtisadiyyat Xəbərləri Redaksiyasının baş redaktoru Aytən Abdulova və “Moderator.az” portalının jurnalisti Seymur Əliyev sertifikat və həvəsləndirici hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, bu yazı müsabiqəsi Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında imzalanmış “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum çərçivəsində təşkil olunub.
Müsabiqəyə təqdim olunan yazı buradan tanış ola bilərsiniz