E.Qədimov 2006-cı ildən “Rabitəbank”da İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. Bundan əvvəl digər kommersiya banklarında çalışan E.Qədimov Azərbaycan İqtisad Universitetinin mühasibat uçotu və audit fakültəsinin bakalavr və magistr dərəcəsini bitirib, sonradan isə ABŞ-da MBA dərəcəsi üzrə təhsil alıb.
Qeyd edək ki, “Rabitəbank” 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabrın 1-nə Bankın aktivləri 261 mln. manat, məcmu kapitalı 55 mln. manat və vergilərdən əvvəl mənfəəti 3,3 mln. manat təşkil edib. Bankın xidmət şəbəkəsi 22 filial və 2 şöbədən ibarət olaraq Bakı şəhəri və 16 regionu əhatə edir.