“Qlobal Əmtəə Ticarət Barometr”i 13 illik minimumunu yeniləyib

“Qlobal Əmtəə Ticarət Barometr”i 13 illik minimumunu yeniləyib Bu il avqust ayında Ümumdünya Ticarət Təşkilatının (WTO) “Qlobal Əmtəə Ticarət Barometr”i son 3 ayda 3,1 bal azalaraq 84,5-ə geriləyib.
Maliyyə
19 Avqust , 2020 15:21
 “Qlobal Əmtəə Ticarət Barometr”i 13 illik minimumunu yeniləyib

Bu ay Ümumdünya Ticarət Təşkilatının (WTO) müəyyən etdiyi “Qlobal Əmtəə Ticarət Barometr”i 84,5 bal təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,6 bal azdır. 

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə WTO-un hesabatında bildirilir.

Sənədə əsasən, hazırda “Qlobal Əmtəə Ticarət Barometr”i son 13 il üzrə ən aşağı həddədir. 

Təşkilat həmçinin bəyan edib ki, son 1 ildə qlobal əmtəə ticarəti 18,5% azalıb. 

Son xəbərlər

Orphus sistemi