“Qırmızı Ürəklər” 200 kiloqrama yaxın batareya topladı

“Qırmızı Ürəklər” 200 kiloqrama yaxın batareya topladı Xəbər verdiyimiz kimi cari ilin may ayından başlayaraq “Qırmızı Ürəklər” Fondu (Red Hearts), Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Batareyaları təhvil ver, təbiəti qoru” adlı yeni layihəyə başlayıb. Layihə çərçivəsində istifadəyə yararsız elek
Maliyyə
2 Sentyabr , 2022 14:23
“Qırmızı Ürəklər” 200 kiloqrama yaxın batareya topladı

Azərbaycanda istifadəyə yararsız elektrik batareyaları toplanılıb, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Təhlükəli Tullantılar" MMC-yə təhvil verilir.

Bu iş bu ilin may ayından başlayaraq “Qırmızı Ürəklər” Fondunun (Red Hearts) nazirliklə birgə həyata keçirdiyi “Batareyaları təhvil ver, təbiəti qoru” adlı layihə çərçivəsində həyata keçirilir.

Layihənin başlamasından 4 ay keçməsinə baxmayaraq artıq 200 kiloqrama yaxın batareyanı vətəndaşlar marketlərdə quraşdırılan xüsusi qutulara atıb. Bu isə təxminən 43 min kub metr ərazinin çirklənməsinin qarşısının alınması deməkdir. Əsas məqsəd işlənmiş batareyaları digər tullantılardan ayırmaq, onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirməkdir.

Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması cəhətdən olduqca vacib olan və maarifləndirici məqsəd daşıyan bu layihə ətraf mühitin qorunmasına kömək edir. Gələcəkdə analoji qutuların digər şəhər və rayonlarda da yerləşdirilməsi planlaşdırılır.

“Qırmızı Ürəklər” Fondu 2019-cu ildə “Kapital Bank” ASC-nin könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.

Son xəbərlər

Orphus sistemi