Rusiyada pansionatda 40-dan çox insan zəhərlənib, ölənlər var
Region
- 20 dekabr, 2025
- 18:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Moskva vilayətinin Vidnoye şəhərindəki pansionatda zəhərlənmiş 40-dan çox insan xəstəxanaya yerləşdirilib.
"Report" xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən bildirilib.
"Müəyyən edilib ki, pansionatda 73 nəfər olub. 40-dan çox insan tibb müəssisələrinə yerləşdirilib, 3 nəfər ölüb", - qurum qeyd edir.
Hazırda müəssisənin rəhbərliyi və sakinləri dindirilir, hadisənin baş verməsinə səbəb olan şərtlər və şərait müəyyən edilir.
Pansionat sakinlərinin kütləvi zəhərlənməsinə səbəb olan, həyat və sağlamlıqla bağlı təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi faktı üzrə Rusiya Cinayət Məcəlləsinin 238-ci maddəsinin 2-ci hissəsi üzrə cinayət işi açılıb.
Son xəbərlər
09:24
Foto
Məleykə Abbaszadə V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Elm və təhsil
09:22
UEFA Konfrans Liqasında III turun oyunları keçiriləcək
Futbol
09:18
"Bitcoin" və "Ethereum"un qiymətləri artıb
Maliyyə
09:14
UEFA Avropa Liqası: "Beşiktaş" Şotlandiya, "Yuventus" Niderland klubu ilə qarşılaşacaq
Futbol
09:12
Foto
ADSEA daşqın və sel sularından mühafizə ilə bağlı işlər həyata keçirir
İnfrastruktur
09:10
Yaponiyada mobil rabitənin işində genişmiqyaslı nasazlıq baş verib
İKT
09:10
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.11.2026)
Maliyyə
09:09
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
Maliyyə
09:05
SOCAR ilə "Comstock" şirkəti arasında yekun alqı-satqı müqaviləsi imzalanıb
Energetika