Publik hüquqi şəxslər daha bir il vergidən azad edildi

Publik hüquqi şəxslər daha bir il vergidən azad edildi Azərbaycanın publik hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi ƏDV-dən azad edilib
Maliyyə
26 Yanvar , 2021 15:33
Publik hüquqi şəxslər daha bir il vergidən azad edildi

Azərbaycanın publik hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi daha 1 il müddətinə ƏDV-dən azad edilib.

“Report” xəbər verir ki, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsinə əsasən bu müddət 2020-ci il yanvarın 1-dən 1 ildən 2 il müddətinə artırılır.

Layihəyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən dövlət adından yaradılan publik hüquqi şəxslər tərəfindən nizamnamələrində nəzərdə tutulan və onlara həvalə edilən vəzifələrin yerinə yetirilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə bağlanılmış müqavilə əsasında işlərin və xidmətlərin göstərilməsi 2020-ci il yanvarın 1-dən 2 il müddətinə ƏDV-dən azad edilir.

Son xəbərlər

Orphus sistemi