​"Parabank" yenə səhmdarlarına dividend ödəməyəcək

​"Parabank" yenə səhmdarlarına dividend ödəməyəcək Bu barədə Bankın səhmdarlarının illik yığıncağında bildirilib
Maliyyə
11 İyun , 2016 12:55
​Parabank yenə səhmdarlarına dividend ödəməyəcək

Bakı. 11 iyun. REPORT.AZ/ İyunun 10-da "Parabank" ASC-nin səhmdarlarının ənənəvi illik yığıncağı keçirilib. "Report"un əldə etdiyi məlumata görə, yığıncaq Bankın Müşahidə Şurasının sədri Rasim Poladov, İdarə Heyətinin sədri Vəli Quliyev, sədr müavini Rəcəb Hüseynovun iştirakı ilə baş tutub.

"Parabank"ın 2015-ci ildəki fəaliyyətinə dair maliyyə hesabatını Bankın baş mühasibinin müavini Fuad Bəkirov təqdim edib. Səhmdarlara bildirilib ki, "Parabank" 2015-ci ildən zərərlə çıxdığı üçün bu dəfə də səhm sahiblərinə dividend ödənilməyəcək.

Xatırladaq ki, "Parabank" fəaliyyətə başladığı 1991-ci ildən indiyədək səhmdarlarına dividend ödəməyib. Bankın səhmdarları 19 hüquqi və fiziki şəxsdir. Bankın nizamnamə kapitalı 38,887 mln. manat, 1 səhminin nominal qiyməti 200 manatdır.

Son xəbərlər

Orphus sistemi