Naxçıvanda yerli vergi orqanlarında yeni şöbələr yaradılıb

Naxçıvanda yerli vergi orqanlarında yeni şöbələr yaradılıb Vergi xidməti orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması, əlverişli biznes mühitinin yaradılması və kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının daha da asanlaşdırılması məqsədilə Naxçıvan MR Dövlət Vergi Xidmətinin strukturu təkmilləş
Maliyyə
19 May , 2023 15:24
Naxçıvanda yerli vergi orqanlarında yeni şöbələr yaradılıb

Naxçıvan MR Dövlət Vergi Xidmətinin strukturu təkmilləşdirilib.

Bu barədə "Report"un yerli bürosuna qurumdan bildirilib.

Məlumata görə, vergi xidməti orqanlarının işinin müasir tələblər səviyyəsində qurulması, əlverişli biznes mühitinin yaradılması və kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının daha da asanlaşdırılması məqsədilə Naxçıvan şəhər və Ərazi vergilər idarələrinin tərkibində Vergi ödəyicilərinin dövlət qeydiyyatı və uçotu şöbələri yaradılıb.

Muxtar respublika ərazisində kommersiya hüquqi şəxs qismində fəaliyyət göstərmək istəyən şəxslər elektron qaydada və ya müvafiq vergilər idarələrinə müraciət edərək vergi uçotuna alına bilərlər.

Xatırladaq ki, əvvəlki dövrlərdə kommersiya və publik hüquqi şəxslərin dövlət qeydiyyatı yalnız Naxçıvan MR Dövlət Vergi Xidmətinin mərkəzi aparatında həyata keçirilirdi.

Son xəbərlər

Orphus sistemi