Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 5 dəfə artıb

Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 5 dəfə artıb Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 28,6 milyon manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 milyon manat və yaxud 5,1 dəfə çoxdur.
Maliyyə
20 Fevral , 2024 17:40
Naxçıvanda yeni nəsil kassa aparatları ilə dövriyyə 5 dəfə artıb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 28,6 milyon manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 milyon manat və yaxud 5,1 dəfə çoxdur.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, bu il fevralın 1-nə qədər Naxçıvanda 2 940 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.

Bundan başqa, yanvarın sonuna qədər “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 987,6 min manatdan çox, təkcə yanvar ayında isə 130,4 min manat ƏDV məbləği geri qaytarılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yanvar ayında istehlakçılara qaytarılan məbləğ 6,2 dəfə artıb.

Son xəbərlər

Orphus sistemi