Naxçıvanda xarici valyutada əmanətlər 40 %-dən çox artıb
Maliyyə
- 09 may, 2026
- 15:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu il mayın 1-nə Naxçıvanda əhalinin əmanətləri 41 milyon 421,8 min manat təşkil edib.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 1,9 %, ilin əvvəli ilə müqayisədə 8,2 %, ötən il mayın 1-nə nisbətən isə 47,3 % çoxdur.
Ümumi əmanət portfelinin 94 %-i, yaxud 38 milyon 956,5 min manatı milli valyutanın payına düşüb. Bu, illik müqayisədə 47,7 % çoxdur.
İl ərzində xarici valyutada əmanətlər 40,4 % artaraq 2 milyon 465,3 min manat ekvavalentinə çatıb.
Qeyd edək ki, Naxçıvanda 7 bankın filialı fəaliyyət göstərir.
Son xəbərlər
06:14
Yeni Kaledoniya sahillərində zəlzələ olub
Digər ölkələr
05:57
"Nikkei"in indeksi 4,5 %-dən çox ucuzlaşıb
Maliyyə
05:27
Qızılın qiyməti 2025-ci ilin sentyabrından sonra ilk dəfə 3 600 dollardan aşağı düşüb – Yenilənib
Maliyyə
05:09
Foto
Prezident İlham Əliyevin Vyetnama səfəri ilə əlaqədar Hanoyun küçələri Azərbaycan bayraqları ilə bəzədilib
Xarici siyasət
04:38
PSJ bir sıra futbolçularla müqavilələri uzatmağı planlaşdırır
Futbol
04:24
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
Digər ölkələr
03:45
Genuya hava limanı PUA-lara görə işini dayandırıb
Digər ölkələr
03:22
Bəqai: ABŞ-nin Tehranın bioloji silah hazırlaması iddiası bəhanəsi məqsədi daşıyır
Region
02:36
ABŞ Milli Təhlükəsizlik Agentliyinin daxili şəbəkəsində nasazlıq üç gündür davam edir
Digər ölkələr