Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar 2,5 milyon manat, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 16,4 milyon manat təşkil edib.
Bu barədə "Report"un yerli bürosuna İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,3 % və 17,3 % çoxdur.