Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) istehsalı 2025-ci ildə 1,5 milyard manat səviyyəsində proqnozlaşdırılıb ki, bu da 2024-cü ilin proqnoz göstəricisi ilə müqayisədə 3,9 % çoxdur.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Ali Məclisin İqtisadi siyasət komitəsinin iclasında deyib.
A. İsmayılov bildirib ki, 2025-ci ildə ÜDM-nin strukturunda bütün sahələrdə artım nəzərdə tutulub.
"Sənaye məhsullarının istehsalı üzrə 3,7 %, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə 2,5 %, əsas kapitala yönəldilmiş vəsaitlərin strukturunda tikinti-quraşdırma işləri üzrə 10,5 % artım proqnozlaşdırılıb.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında muxtar respublikada ÜDM istehsalı 1,1 artaraq 1 milyard 192 milyon 600,1 min manat təşkil edib.