“Muğan Bank”a yaxın investisiya şirkəti yaradılıb
Maliyyə
- 20 avqust, 2020
- 05:08
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “MFX-Trading İnvestisiya Şirkəti” ASC-ni dövlət qeydiyyatına alıb.
“Report” nazirliyə istinadən xəbər verir ki, yeni maliyyə qurumu “Muğan Bank” ASC-nin "Veraj” şöbəsinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 179 a ünvanında qeydiyyatdan keçib.
Onun nizamnamə kapitalı investisiya şirkətləri üçün müəyyən edilmiş minimum tələbdən 200 min manat çox – 500 min manat, qanuni təmsilçisi isə Zahir Dünyamalı oğlu Abdullayevdir.
Xatırladaq ki, bir qədər əvvəl“Muğan Bank”a yaxın lizinq şirkəti də yaradılmışdı. “Muğan Lizinq” MMC də sözügedən ünvanda qeydiyyata alınmışdı.
Son xəbərlər
20:44
Azərbaycan gimnastları Dünya Kuboku seriyalarının qalibi olublar
Fərdi
20:26
Foto
Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib
Futbol
20:16
Foto
Video
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Hadisə
20:08
Video
Müdafiə Nazirliyi həftəlik icmalını yayıb
Hərbi
20:00
Foto
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib
Xarici siyasət
19:51
Foto
Azərbaycan Ordusunda Müstəqilliyin Bərpası Günü qeyd olunub
Hərbi
19:36
Konqo Demokratik Respublikasının səkkizinci əyalətində Ebola epidemiyası təsdiqlənib
Digər ölkələr
19:12
Video
Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb
Hadisə
18:57
Əraqçi: Təhdidlərə boyun əyməyəcəyik
Region