"Muğan Bank" 9 ayı zərərlə başa vurub
- 12 oktyabr, 2023
- 12:24
Yeniliklərdən dərhal xəbərdar olun!
“Muğan Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 1,287 milyon manat zərərlə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövründən 703 min manat mənfəətlə çıxmışdı.
“Report” xəbər verir ki, 9 ay ərzində “Muğan Bank”ın gəlirləri 52,469 milyon manat (illik müqayisədə 16,4 % az), xərcləri 52,771 milyon manat (6,2 % çox), xüsusi ehtiyatlara ayırmaları isə 985 min manat (92,1 % az) təşkil edib.
Bu il oktyabrın 1-nə “Muğan Bank”ın aktivləri 647,971 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,9 % azdır. Bunun 441,297 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 2,9 % böyüyüb.
Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 22,9 % azalaraq 500,892 milyon manata, o cümlədən depozit portfeli 21,4 % azalaraq 322,478 milyon manata düşüb, balans kapitalı isə 56,4 % artaraq 147,079 milyon manata, o cümlədən nizamnamə kapitalı 51,2 % artaraq 162,5 milyon manata çatıb.
Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 40 %-i Munir Vəlieyvə, 33,85 %-i Samir Vəliyevə, 16,27 %-i Vəfa Vəliyevaya, 9,22 %-i Fəridə Mehdixyevaya, 0,66 %-i isə Elmir Mehdiyevə məxsusdur.