Milli 18-ci DİM göstəricilərinin metodologiyaları hazırlanır
- 15 sentyabr, 2023
- 11:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Hazırda Dövlət Statistika Komitəsi digər qurumlarla birlikdə milli 18-ci DİM göstəricilərinin metodologiyalarının hazırlanması istiqamətində işlər aparır.
"Report" xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş "Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq" mövzusunda beynəlxalq elmi-praktik konfransda Komitənin sədri Tahir Budaqov deyib.
O, qeyd edib ki, 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərin minalardan təmizlənməsi əsas məsələlərdəndir:
"Bu ilin martın 2-də Qoşulmama Hərəkatının Covid-19-a qarşı mübarizə üzrə təmas qrupunun zirvə görüşündə Prezident İlham Əliyev mina təmizləmənin 18-ci dayanıqlı inkişaf məqsədi kimi təşviq edilməsi təşəbbüsü ilə çıxış edib və qoşulmama hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə dəvət edib. Azərbaycanın Dİ üzrə milli əlaqələndirmə şurasının bu il 18 aprel tarixli iclasında milli 18-ci dayanıqlı inkişaf məqsədi, mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər layihəsi təsdiq olunub. Milli 18-ci DİM 5 hədəfi əhatə edir və onların monitorinqi üçün 15 göstərici müəyyən edilib"