KOBİA ötən ili mənfəətlə başa vurub

KOBİA ötən ili mənfəətlə başa vurub İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2021-ci ili 8,305 milyon manat mənfəətlə başa vurub. Halbuki, 2020-ci ildə KOBİA-nın gəlirləri və xərcləri eyni olmuşdu.
Maliyyə
1 Oktyabr , 2022 13:13
KOBİA ötən ili mənfəətlə başa vurub

İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) 2021-ci ili 18,305 milyon manat mənfəətlə başa vurub. Halbuki, 2020-ci ildə Agentliyin gəlirləri və xərcləri eyni olmuşdu. 

"Report" xəbər verir ki, ötən il KOBİA-nın əməliyyat gəlirləri 31,427 milyon manat (əvvəlki ilə nisbətən 2,4 dəfə çox), digər gəlirləri isə 10 milyon manat (əvvəlki il olmayıb) təşkil edib. Hesabat dövründə Agentliyin xərcləri isə 23,123 milyon manat (illik müqayisədə 75,1% çox), o cümlədən istifadə etdiyi materialların dəyəri 445 min manat (25% çox), işçi heyəti üzrə xərcləri 10,035 milyon manat (45,4% çox), amortizasiya xərcləri 661 min manat (46,9% çox), digər əməliyyat xərcləri 11,973 milyon manat (2,2 dəfə çox), sair əməliyyat xərcləri isə 9 min manat (35,7% az) olub. 

Bu il yanvarın 1-nə KOBİA-nın aktivləri 70,282 milyon manat olub ki, bu da illik müqayisədə 2,9 dəfə çoxdur. Hesabat dövründə Agentliyin öhdəlikləri 2,8 dəfə artaraq 43,443 milyon manata, balans kapitalı isə 3,15 dəfə artaraq 26,839 milyon manata çatıb.

Xatırladaq ki, KOBİA ölkə prezidentinin 28 dekabr 2017-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 26 iyun 2018-ci il tarixli fərmanı ilə Agentliyin nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 10,126 milyon manatdır. Qurum ölkədə kiçik və orta biznesin (KOB) inkişafını dəstəkləyən, KOB subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir.

Son xəbərlər

Orphus sistemi