"Kapital Bank"ın səhmdarlarının yğıncağının vaxtı dəyişdirilib

Maliyyə
  • 30 mart, 2023
  • 05:07
Kapital Bankın səhmdarlarının yğıncağının vaxtı dəyişdirilib

“Kapital Bank” ASC-nin səhmdarlarının aprelin 26-da keçirilməsi planlaşdırılan növbədənkənar ümumi yığıncağının vaxtı mayın 4-ü, saat 11:00-a keçirilib.

“Report” xəbər verir ki, yığıncaq Bankın Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 2E ünvanındakı inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə “Kapital Bank”ın Müşahidə Şurasının üzvlərinin seçilməsi, bununla əlaqədar Şuranın əsasnaməsinin yenilənməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Kapital Bank” 2006-cı ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.