“International Leasing” yeni səhmdarlar cəlb edib
- 30 avqust, 2024
- 08:41
“International Leasing” ASC-nin səhmdarlarının sayı 1-dən 3-ə çatıb.
“Report” xəbər verir ki, bu, şirkətin nizamnamə kapitalının 20 dəfə artırılaraq 50 min manatdan 1 milyon manata çatdırılmasından sonra baş verib.
Belə ki, kapital artımı üçün dövriyyəyə buraxılmış, hər birinin nominal dəyəri 50 manat olan 19 min yeni səhmin 8 minini “International Leasing”in yeganə səhmdarı Nicat Həsənov, qalan 11 minini isə yeni səhmdarlar Rifat Həsənov (9 min səhm) və Leyla Cabbarova (2 min səhm) əldə edib. Son nəticədə, N.Həsənovun payı 100%-dən 45%-ə düşüb, R.Həsənov və L.Cabbarova isə şirkətdə müvafiq olaraq 45% və 10% paya sahib olublar.
Xatırladaq ki, “İnternational Leasing” 2021-ci ildə yaradılıb. Şirkətdə yenicə pay əldə etmiş R.Həsənov N.Həsənovun qardaşı, “International” ASC bank olmayan kredit təşkilatının (BOKT) yeganə səhmdarıdır. Bu kredit təşkilatının İdarə Heyətinin sədri isə N.Həsənovdur.