ING: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 2024-2025-ci illərdə azaltmaqda davam edəcək

ING: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 2024-2025-ci illərdə azaltmaqda davam edəcək Niderlandın "ING Group" şirkəti Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü və 2025-ci illərdə uçot dərəcəsini azaltmaqda davam edəcəyini proqnozlaşdırır.
Maliyyə
15 Aprel , 2024 11:44
ING: Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini 2024-2025-ci illərdə azaltmaqda davam edəcək

Niderlandın "ING Group" şirkəti Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü və 2025-ci illərdə uçot dərəcəsini azaltmaqda davam edəcəyini proqnozlaşdırır.

“Report” şirkətin açıqladığı proqnozlarına istinadən xəbər verir ki, AMB 2024-cü ildə uçot dərəcəsini 7 % səviyyəsinə endirəcək.

"2025-ci ilin birinci rübündə Azərbaycanda uçot dərəcəsi 6,75 %-ə, ilin sonunadək isə 6 %-ə endiriləcək", - "ING Group" hesab edir.

Hesabata əsasən, bu il və gələn il üçün açıqlanan yeni proqnoz fevral ayının 22-də açıqlanan proqnoza nisbətən 0,5 faiz bəndi azdır.

Qeyd edək ki, AMB-nin İdarə Heyəti bu ilin martın 28-də uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 8,75 %-dən 8,5 %-ə endirilib.

Son xəbərlər

Orphus sistemi