“Express Bank”ın xalis mənfəəti 2 dəfəyə yaxın azalıb

“Express Bank”ın xalis mənfəəti 2 dəfəyə yaxın azalıb Bank bu ilin I rübünü 3,129 milyon manat xalis mənfəətlə başa vurub
Maliyyə
20 Aprel , 2021 12:43
“Express Bank”ın xalis mənfəəti 2 dəfəyə yaxın azalıb

“Express Bank” ASC bu ilin I rübünü 3,129 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 46,6% azdır.

Yanvar-mart aylarında “Express Bank”ın gəlirləri 12,633 milyon manat (illik müqayisədə 9,2% az), xərcləri 9,475 milyon manat (13,1% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti 587 min manat (4,9 dəfə az), mənfəət vergisi ödəmələri isə 616 min manat (22,8 dəfə çox) təşkil edib.

Bu il aprelin 1-nə “Express Bank”ın aktivləri 309,096 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12% azdır. Bunun 193,626 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 11,8% kiçilib.

Hesabat dövründə “Express Bank”ın öhdəlikləri 19,8% azalaraq 185,073 milyon manata, o cümlədən depozit portfeli 19,9% azalaraq 118,562 milyon manata düşüb, balans kapitalı isə 2,8% artaraq 124,023 milyon manata çatıb.

Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 21,6 %-i “Enerqoservis” MMC-yə, 19,5 %-i Hikmət Xammədova, 9,8 %-i Hafiz Seyidova, 0,3 %-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi