Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın ötən ilki xərcləri açıqlanıb

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın ötən ilki xərcləri açıqlanıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya 2023-cü ili 3,078 milyon manat xalis zərərlə başa vurub. Halbuki, qurum 2022-ci ili 2,546 milyon manat zərərlə çıxmışdı.
Maliyyə
9 Noyabr , 2024 13:09
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın ötən ilki xərcləri açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya 2023-cü ili 3,078 milyon manat xərclə başa vurub, 2022-ci ildə eyni göstərici 2,546 milyon manat olub.

“Report” xəbər verir ki, ötən il Milli Observatoriyanın xidmətlərin göstərilməsindən gəlirləri 2 min manat, əmək haqqı və onunla bağlı xərcləri 2,555 milyon manat (20,5 % çox), köhnəlmə və amortizasiya xərcləri 58 min manat (2,2 dəfə çox), icarə öhdəlikləri üzrə xərcləri 348 min manat (0,3 % çox), inzibati xərcləri 120 min manat (2 dəfə çox), mənfəət vergisi ödəmələri üzrə qənati isə 1 min manat təşkil edib. Ümumi olaraq 2023-cü ili 422 min manat məcmu gəlirlə başa vurub.

Bu il yanvarın 1-nə Milli Observatoriyanın aktivləri 3,022 milyon manat olub ki, ötən illə müqayisədə 14,1 % çoxdur. Hesabat dövrünə qurumun öhdəlikləri 3,4 dəfə azalaraq 20 min manata düşüb, balans kapitalı isə 16,3 % artaraq 3,002 milyon manata çatıb.

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli fərmanı ilə yaradılıb. Nazirlər Kabinetinin 17 mart 2020-ci il tarixli qərarı ilə onun Nizamnaməsi təsdiq edilib. Milli Observatoriya əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün monitorinq və proqnozlaşdırma sisteminin yaradılması ilə məşğul olan publik püquqi şəxsdir.

Son xəbərlər

Orphus sistemi