Taleh Kazımov: "Banklararası pul bazarını daha da aktivləşdirmək istəyirik"

Maliyyə
  • 29 oktyabr, 2026
  • 11:45
Taleh Kazımov: Banklararası pul bazarını daha da aktivləşdirmək istəyirik
Taleh Kazımov

Azərbaycan Mərkəzi Bankı (AMB) bankların vəsaitlərini tənzimləyici qurumda yerləşdirməsi əvəzinə kredit verməsini istəyir.

"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfrasında bildirib.

Onun sözlərinə görə, sentyabr ayında faiz dəhlizinin aşağı həddinin 5 %-ə endirilməsinin məqsədi banklararası pul bazarının daha da aktivləşdirilməsi və bankların sərbəst vəsaitlərini öz aralarında yenidən bölüşdürmələridir.

"Hazırda banklar pul bazarında digər banklarla deyil, AMB ilə işləməyə üstünlük verirlər. Məqsədimiz odur ki, banklar sərbəst vəsaitlərini bizdə yerləşdirməkdənsə, daha çox bir-birlərinə yönəltsinlər. Sözsüz ki, kreditlərə tələb olduğu şəraitdə banklararası bazarda vəsait yerləşdirmək əvəzinə kreditlər də versinlər. Amma bu müqayisəni konkret faizlə ifadə edə bilmərəm", - deyə T.Kazımov əlavə edib.