EBRD Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Maliyyə
  • 31 mart, 2022
  • 09:04
EBRD Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il üçün ümumi daxili məhsul (ÜDM) istehsalı üzrə proqnozunu yaxşılaşdırıb.

“Report” xəbər verir ki, bu barədə EBRD-nin “Regional Economic Prospekt” hesabatının mart sayında bildirilib.

Sənədə əsasən, bu il Azərbaycanın iqtisadi artımı 5 % olması gözlənilir ki, bu da bankın noyabr proqnozu ilə müqayisədə 1,8 faiz bəndi çoxdur.

EBRD gələn il üçün isə Azərbaycan iqtisadiyyatının 2,5 % artacağını proqnozlaşdırır.

"Azərbaycan iqtisadiyyatı artan neft qiymətlərindən və Avropa ölkələrinin alternativ neft və qaz tədarükçülərinə keçməsindən faydalana bilər. Bununla da, Azərbaycanın bu il ÜDM artımı daha da yüksələ bilər", - bankın analitikləri Rusiya-Ukrayna münaqişəsinin Şərqi Avropa və Qafqaz regionu ölkələrinə təsirini şərh edərkən bildiriblər.

EBRD hesab edir ki, qısamüddətli ssenarilər istisna olmaqla, mümkün post-münaqişə ssenarilərinin iqtisadi nəticələrini hazırda qiymətləndirmək çətindir, lakin bu regiondakı ölkələr üçün ciddi ola bilər. Münaqişə səngisə belə, daha bir böyük eskalasiyanın davamlı riski investisiya mühitinə və maliyyələşdirmə şərtlərinə dağıdıcı təsir göstərməyə davam edəcəyi mütləqdir”, - hesabatda deyilir.

"Ermənistan və Gürcüstanın ixracında Rusiya yüksək paya (25-30 %) malikdir. Bu da, çox güman ki, sanksiyalara məruz qalan Rusiya iqtisadiyyatının gözlənilən tənəzzülündən təsirlənəcək. Bundan başqa, Gürcüstan əlavə olaraq Rusiya və Ukraynadan səfər edənlər hesabına turizmin ləngiməsindən əziyyət çəkə bilər ki, bu da onsuz da darmadağın olmuş turizm sənayesinə güclü təsir göstərə bilər.

Ermənistan Rusiyadan pul köçürmələrinin azalmasından da zərər çəkə bilər. Ermənistan və Gürcüstana sığınan rusların artması bunu müəyyən qədər kompensasiya edə bilər.

Moldovanın kövrək iqtisadiyyatı və məhdud institusional potensialı onun ukraynalı qaçqın axınının öhdəsindən gəlməkdə çətinlik çəkdiyini göstərir. Çox güman ki, bu, yeni hökumətin islahat gündəmini ciddi şəkildə pozacaq", - hesabatda deyilir.

Son xəbərlər

Bütün Xəbər Lenti