EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Maliyyə
  • 30 avqust, 2022
  • 08:46
EBRD Azərbaycan üzrə investisiya portfelini yeniləyib

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu günə qədər Azərbaycanda 181 layihəyə ümumilikdə 3,655 milyard avro investisiya yatırıb.

“Report” bu barədə EBRD-yə istinadən xəbər verir.

Bu il avqustun 2-nə EBRD açıqladığı göstəricilərə nisbətən Azərbaycanda bankın maliyyələşdirdiyi layihələrin sayı dəyişməsə də, investisiya portfeli 52 milyon avro artırılıb.

EBRD-nin Azərbaycan üzrə investisiya portfelində özəl sektorun payı 11 %-dir.

Hazırda EBRD-nin Azərbaycan üzrə portfelində 32 aktiv layihə (1 vahid az) var. Bu layihələr üzrə portfel isə 844 milyon avro (11 milyon avro çox), əməliyyat aktivləri 780 milyon avro (21 milyon avro çox), kumulyativ ödənişləri isə 3,175 milyard avro (58 milyon avro çox) təşkil edib.

Dəqiqləşdirilmiş portfelə əsasən, bunun 89 %-i və ya 748 milyon avrosu (12 milyon avro çox) infrastruktur layihələrin, 8 %-i və ya 65 milyon avrosu (1 milyon avro az) sənaye, ticarət və aqrobiznesin, 3 %-i və ya 31 milyon avro (dəyişməyib) isə maliyyə institutlarının payına düşüb.

EBRD-nin Azərbaycana investisiya qoyuluşu ümumi portfelin 1 %-ni təşkil edib.

Azərbaycan 1992-ci ildən EBRD-inin üzvüdür.

Son xəbərlər

Bütün Xəbər Lenti