“Dəmirbank” yeni kampaniya keçirir
- 01 dekabr, 2016
- 06:39
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 dekabr. REPORT.AZ/ “Dəmirbank” ASC dollar əmanətləri üzrə “2% hədiyyə” adlı Yeni il kampaniyasına start verib. Bu barədə “Report”a Bankdan bildirilib.
Yanvarın 27-nə qədər davam edəcək aksiyanın şərtlərinə əsasən, “Dəmirbank”ın istənilən filialına yaxınlaşaraq dollarla əmanət yerləşdirmiş müştərilərə illik cari faizlə yanaşı, yatırılan əmanət məbləğinin 2%-nə qədər hissəsi plastik kartda hədiyyə verilir. Kampaniya 3 aydan 36 ayadək yerləşdirilmiş əmanətlərə şamil olunur. Hədiyyə olaraq "Mastercard Cirrus/Maestro" kartları təqdim olunur.
Faiz gəlirlərini müştəri istəyinə əsasən aylıq, rüblük və ya müddətin sonunda əldə edə bilər.
“Dəmirbank” həmçinin manat əmanətlərindən qısa müddətdə yüksək – illik 15%-dək gəlir əldə etməyi də təklif edir.
Xatırladaq ki, "Dəmirbank" 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-ci ildə rebrendinq aparılıb. Onun nizamnamə kapitalı 21 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 0,2 manat olan 105 mln. səhm əsasında formalaşıb. Bankın səhmlərinin 25%-i EBRD-yə, 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i digər hüquqi şəxslərə, 19,61%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,44%-i isə digər 854 fiziki şəxsə məxsusdur.