“Bank BTB”nin istiqrazları listinqə daxil edilib
Maliyyə
- 03 mart, 2020
- 12:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Bakı Fond Birjası” QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “BTB Bank” ASC-nin faizli, təmin edilməmiş istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
“Report” bu barədə BFB-yə istinadən xəbər verir.
Məlumata görə, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 2 000 ədəd istiqrazdan (2 milyon manatlıq) gedir. Onların ticarəti martın 5-də həyata keçiriləcək. Qiymətli kağızlar 1 il müddətinə tədavüldə olacaq. Onların illik gəlirliliyi 9%-dir. Faizlər rübdə bir dəfə ödəniləcək.
Yerləşdirmənin anderrayteri “BTB Kapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla belə, hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Son xəbərlər
12:00
Paşinyan: Azərbaycanla sülh sazişinin 2031-ci ilədək həllinə nail olmağı qarşıma məqsəd qoymuşam
Region
11:53
Foto
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - yenilənib
Xarici siyasət
11:51
AMB: İcbari sığorta haqlarının artırılması nəzərdə tutulmur
Maliyyə
11:49
Rusiya "Naftoqaz"ın obyektinə zərbə endirib
Region
11:48
Foto
SOCAR və Şri-Lanka şirkətləri arasında əməkdaşlıq imkanları müzakirə olunub
Energetika
11:48
AMB: Azərbaycanda bank sektorunda yüksək təmərküzləşməyə hələ hazır deyilik
Maliyyə
11:48
Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 11 %-ə yaxın artıb
Maliyyə
11:45
"Murov Az Terminal" braziliyalı Mateus Araujonu transfer edib
Komanda
11:40
Niderland Aİ ölkələrini Ukraynaya dəstəyi gücləndirməyə çağırıb
Digər ölkələr