"Azəristiliktəchizat"ın ödənilməmiş zərəri 14% artıb

"Azəristiliktəchizat"ın ödənilməmiş zərəri 14% artıb Şirkətin cəmi öhdəlikləri isə 12% artaraq 73 mln. manatı ötüb
Maliyyə
27 İyun , 2016 09:48
Azəristiliktəchizatın ödənilməmiş zərəri 14% artıb

Bakı. 27 iyun. REPORT.AZ/ Ötən ilin yekununda “Azəristiliktəchizat” ASC-nin ödənilməmiş zərəri 11,86 mln. manat yaxud 14,02% artaraq 96,467 mln. manata çatıb. “Report” xəbər verir ki, bu qənaətə qurumun auditini keçirən “Premium Audit” MMC gəlib.

Açıqlanan məlumata görə, “Azəristiliktəchizat”ın cəmi aktivləri 2015-ci il ərzində 3,965 mln. manat və ya 2,11% artaraq 191,722 mln. manata yüksəlib.

Hesabatda qurumun cəmi kapitalının da azaldığı göstərilir. Belə ki, “Azəristiliktəchizat”ın məcmu kapitalı 2014-cü illə müqayisədə 3,647 mln. manat yaxud 2,98% azalaraq 118,546 mln. manata enib.

Bununla yanaşı, şirkətin cəmi öhdəlikləri (həmçinin, qısamüddətli öhdəlikləri) 7,612 mln. manat və ya 11,61% artaraq 73,176 mln. manata çatıb.

Son xəbərlər

Orphus sistemi