"AzerGold" ötən il dövlət büdcəsinə 13 milyon manat ödəniş edib

"AzerGold" ötən il dövlət büdcəsinə 13 milyon manat ödəniş edib Ötən il "AzerGold"un dövlət büdcəsinə ödənişləri əvvəlki ilə nisbətən 6% artıb. Qurumun fəaliyyəti dövründə büdcə ödənişləri isə 40,8 milyon manata çatıb.
Maliyyə
2 Fevral , 2021 10:50
AzerGold ötən il dövlət büdcəsinə 13 milyon manat ödəniş edib

2020-ci ildə "AzerGold" QSC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 10,7 milyon manat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna isə 2,2 milyon manat, ümumilikdə 12,9 milyon manat ödəniş edib.

“Report”un məlumatına görə, bu barədə səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən il "AzerGold"un dövlət büdcəsinə ödənişləri əvvəlki ilə nisbətən 6% artıb. Qurumun fəaliyyəti dövründə büdcə ödənişləri isə 40,8 milyon manata çatıb.

Bundan başqa, Z.İbrahimov deyib ki, 2020-ci ildə "AzerGold" nizamnamə kapitalını 50 milyon manat və yaxud 5,2 dəfə artıraraq 62 milyon manata çatdırıb: “Bu artımın 15 milyon manatı bölüşdürülməmiş mənfəətimizin hesabına olub”.

Son xəbərlər

Orphus sistemi