Azərbaycanın portfel investisiyaları üzrə ötənilki kəsiri məlum olub

Maliyyə
  • 18 mart, 2025
  • 10:52
Azərbaycanın portfel investisiyaları üzrə ötənilki kəsiri məlum olub
Samir Nəsirov

2024-cü ildə Azərbaycanın portfel investisiyaları üzrə kəsiri təxminən 1,7 milyard ABŞ dolları təşkil edib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, ötən il Azərbaycan rezidentləri xarici qiymətli kağızlara 700 milyon ABŞ dolları investisiya yatırıb, üstəlik Azərbaycan 960 milyon ABŞ dolları məbləğində qiymətli kağızlarını vaxtından əvvəl geri alıb.

"Xarici qiymətli kağızlara investisiya qoyuluşunu ölkə iqtisadiyyatı üçün müsbət amil kimi qəbul edirik. Belə ki, ölkədəki idarə, müəssissə və təşkilatların əllərindəki likvid vəsaitləri xaricdəki borc qiymətli kağızlarına yönəltməsi övbəti dövrdə ilkin gəlirlər balansında faiz gəlirlərimizin artması ilə nəticələnəcək", - deyə o qeyd edib.