Azərbaycanın lombard şirkətinin səhmləri üzrə hərracın tarixi açıqlanıb

Maliyyə
  • 29 fevral, 2024
  • 07:49
Azərbaycanın lombard şirkətinin səhmləri üzrə hərracın tarixi açıqlanıb

Martın 5-də "Bakı Fond Birjası" QSC-də (BFB) Azərbaycanda lombard fəaliyyəti ilə məşğul olan “Kredit Evi” ASC-nin 400 min manat dəyərində adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Xatırladaq ki, BFB-nin Listinq Komitəsinin qərarına əsasən, hər birinin nominal dəyəri 20 manat olan 20 000 ədəd istiqraz standart bazar seqmentində listinqə daxil edilib. Qiymətli kağızlar abunə yazılışı üsulu ilə yerləşdiriləcək. Prosesin anderrayteri “Assist Finance İnvestisiya Şirkəti” ASC-dir.

Yerləşdirmə baş tutsa, şirkətin nizamnamə kapitalı 400 min manat və yaxud 101 dəfə artaraq 4 min manatdan 404 min manata çatacaq.