Azərbaycanın idarə, müəssisə və təşkilatlarının 9 ayda qiymətli kağızlar bazarından gəliri açıqlanıb

Maliyyə
  • 15 dekabr, 2025
  • 11:26
Azərbaycanın idarə, müəssisə və təşkilatlarının 9 ayda qiymətli kağızlar bazarından gəliri açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı idarə, müəssisə və təşkilatlar qiymətli kağızlar bazarından 750 milyon ABŞ dolları gəlir əldə edib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,45 % çoxdur.

"Bir çox hallarda biz kapital və maliyyə hərəkəti balansını müzakirə edəndə deyirik ki, portfel investisiya üzrə aktivlərimiz artıb. Bu, kapital və maliyyənin hərəkəti balansında mənfi ilə düşsə də, növbəti dövrlərdə Azərbaycan iqtisadiyyatına ilkin gəlirlər balansı vasitəsilə kifayət qədər, belə deyək, vəsait gətirir. ​Yəni, bu faiz gəlirləridir. Yəni, qiymətli kağızların portfelindən dediyim gəlir, bu vaxtilə Azərbaycan rezidentlərinin xarici ölkələrin qiymətli kağız portfelinə yatırdığı investisiyanın faiz gəlirləridir. Və bu, kifayət qədər artıb", - deyə AMB rəsmisi qeyd edib.

Bundan başqa, o deyib ki, hesabat dövründə Azərbaycanın xaricdən alınmış qiymətli kağızlar üzrə kəsiri 1,4 milyard ABŞ dolları olub: "Portfel investisiyalar, əsasən xaricdən alınmış qiymətli kağızlarla formalaşır. Kəsinin böyük hissəsi aktivlərin artması ilə bağlıdır. Ölkədə fəaliyyət göstərən həm dövlət, həm də özəl müəssisələr, o cümlədən maliyyə sektorunda fəaliyyət göstərən müəssisələr xaricdəki qiymətli kağızlara yatırım edib. Növbəti dövrdə ilkin gəlirlər balansında bunun faiz gəlirlərini biz görürük".

Son xəbərlər

Bütün Xəbər Lenti