Azərbaycanda vergi orqanlarına müraciətlərin sayı 11% azalıb

Maliyyə
  • 22 aprel, 2022
  • 06:20
Azərbaycanda vergi orqanlarına müraciətlərin sayı 11% azalıb
Vergilər Nazirliyi
Report

Bu ilin I rübündə Azərbaycanın vergi orqanlarına 64 405 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,9% azdır.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, daxil olmuş müraciətlərdən 90,5%-i ərizə, 9,4%-i şikayət, 0.1%-i təklif olub. 46 müraciətin icrası xüsusi nəzarətə götürülüb.

Baxılmış müraciətlərdən 68,3%-i tam və yaxud qismən həll olunub, 28,7%-i barədə müvafiq izahat verilib, qalanları barədə qanunvericiliyə uyğun qaydada qərarlar qəbul edilib.

Hesabat dövründə Xidmətin aparatında 81 vətəndaş qəbul edilib, onların müraciətlərinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həll edilməsi mümkün olmayan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

44 filmi