Azərbaycan Mərkəzi Bankı (AMB) “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”nı təsdiq edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, sənəd Dünya Bankı ilə birgə həyata keçirilən “Maliyyə sektorunun modernizasiyası layihəsi” çərçivəsində hazırlanıb.
Konsepsiya maliyyə sektorunda mütərəqqi beynəlxalq təcrübəyə uyğun effektiv nəzarət sisteminin qurulmasına və nəticədə maliyyə sektorunda sistem riskinin minimallaşdırılmasına xidmət edir, yerli və beynəlxalq ictimaiyyətlə AMB-nin yeni nəzarət yanaşması ilə bağlı kommunikasiyasını təmin edəcək.
Konsepsiyaya əsasən formalaşdırılmış ARAS (Azerbaijan Risk Assessment System - Azərbaycan Risklərin Qiymətləndirilməsi Sistemi) - risk əsaslı nəzarət yanaşması özündə nəzarət subyektlərinin fəaliyyətləri ilə bağlı risklərin erkən aşkarlanmasını, onların və risk idarəetməsi proseslərinin qiymətləndirilməsini, habelə risklərə uyğun proporsional və preventiv nəzarət rejiminin tətbiqini ehtiva edir.
Sənəd risk əsaslı nəzarət dövrünü konseptual şəkildə ehtiva etməklə yanaşı, risk əsaslı nəzarətin təşkilati quruluşunu, o cümlədən Nəzarət Komitəsinin, habelə digər strukturların funksiyalarını müəyyən edir. Komitə nəzarət təlimatlarının təsdiqi, əsaslandırılmış mülahizənin formalaşdırılması, nəzarət təcrübələrinin nəzərdən keçirilməsi, illik nəzarət planları və nəzarət prioritetləri layihəsinin İdarə Heyətinə təqdim edilməsi kimi funksiyaları icra edəcək.
Konsepsiya eyni zamanda AMB-nin "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nda müəyyən edilmiş aşağıdakı hədəflərə nail olunmasına dəstək verəcək:
- Banklara kapital və likvidlik tələblərinin “Bazel III” standartlarına uyğunlaşdırılması
- Sığorta sektorunda “Solvency II” standartlarının tətbiqi
- Kapital bazarında “IOSCO” prinsiplərinin implementasiyası
- Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə və bazar davranışlarına nəzarətin təkmilləşməsi
Konsepsiyanın tətbiqi nəzarət texnologiyaları (SupTech) və rezolyusiya çərçivəsinin təkmilləşməsi ilə dəstəklənəcək.
Sənədi nəzərdən keçirmək üçün bu