Azərbaycanda vergi ödəyicilərinin sayı 12% artıb

Azərbaycanda vergi ödəyicilərinin sayı 12% artıb Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycanda 970 min nəfərdən artıq vergi ödəyicisi var.
Maliyyə
11 Yanvar , 2019 17:10
Azərbaycanda vergi ödəyicilərinin sayı 12% artıb
Report

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycanda 970 min nəfərdən artıq vergi ödəyicisi var.

“Report” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, 2019-cu ilin 1 yanvar tarixinə olan məlumata görə, vergi orqanlarında dövlət qeydiyyatına və uçota alınan vergi ödəyicilərinin sayı 970 340-a çatıb. 2018-ci il ərzində 35 729 təsərrüfat subyekti (obyekti) uçota alınıb ki, bu da 2017-ci illə müqayisədə 12,4% çoxdur.

Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin verdiyi məlumata əsasən, 2018-ci il ərzində, ümumilikdə, dövlət qeydiyyatına və uçota alınmış vergi ödəyicilərinin sayı 87 630 olub. Onlardan 12 369-u hüquqi, 75 261-i isə fiziki şəxsdir.

Qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş vergi ödəyicilərinin sayı ilə həmin dövrdə fəaliyyətini dayandırmış və vergi uçotu ləğv edilmiş vergi ödəyicilərinin sayı arasındakı fərq 23 993-dür. ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2017-ci ilə nisbətən 25,7% artıb. İl ərzində dövlət qeydiyyatından keçmiş 11 927 kommersiya hüquqi şəxsin 70%-ə yaxını elektron qaydada qeydiyyatdan keçib. Ötən il uçota alınmış vergi ödəyicilərinin 50,4%-i regionların payına düşüb.

Son xəbərlər

Orphus sistemi