Azərbaycanda könüllü sığorta bazarı təqribən 22 % böyüyüb

Maliyyə
  • 27 yanvar, 2024
  • 06:08
Azərbaycanda könüllü sığorta bazarı təqribən 22 % böyüyüb

2023-cü ildə Azərbaycanda könüllü sığorta növlərinin hesabına 888 milyon 104,3 min manat sığorta haqqı toplanılıb.

“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 22 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 479 milyon 252,5 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 41,9 % çoxdur.

Beləliklə, 12 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 54 manatı qədər ödəniş edilib. Bu rəqəm 2022-ci ildə 46,4 manat olub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilə nisbətən 25,9 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 587,325 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 35,6 % çoxdur.

Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 48 manatı ödəniş edilib. Bir il qabaq bu göstərici 44,6 manat olub.

Qeyd edək ki, ötən il Azərbaycanda sığorta şirkətlərinin sayı 3 illik fasilədən sonra azaldı. AMB “Günay Sığorta” və “Naxçıvan Sığorta” ASC-lərin lisenziyalarını ləğv edib. Onlar bazarı könüllü – özlərinin müraciəti əsasında tərk edib. Bununla da, ölkədə sığorta şirkətlərinin sayı 20-dən 18-ə düşüb.

Son xəbərlər

Bütün Xəbər Lenti