Azərbaycanda illik inflyasiya 4,3%-ə çatıb

Azərbaycanda illik inflyasiya 4,3%-ə çatıb Bu ilin yanvar-iyun aylarında Azərbaycanda illik inflyasiya 4,3% təşkil edib.
Maliyyə
15 İyul , 2021 09:51
Azərbaycanda illik inflyasiya 4,3%-ə çatıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dvörünə nisbətən 104,3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,9%, qeyri-ərzaq məhsulları üzrə 103,9%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,5% təşkil edib.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, iyunda isə istehlak qiymətləri indeksi maya nisbətən 99,5%, ötən ilin iyun ayına nisbətən isə 104,7% olub.

Ay ərzində ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,6%, ötən ilin iyun ayına nisbətən isə 105,3% təşkil edib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox artım düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, pendirin, günəbaxan və qarğıdalı yağlarının, limonun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, mineral suların, limonadın, arağın, azalma isə əsasən mal və qoyun ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, bananın, almanın, armudun, alçanın, əriyin, şaftalının, çiyələyin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, kələmin, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyunda qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi maya nisbətən 100,3%, ötən ilin iyun ayına nisbətən isə 104,6% olub. Ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox artım parçaların, boyaların, divar kağızlarının, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, parketin, sementin, mebellərin, soyuducuların, kondisionerlərin, tozsoranların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, velosipedlərin, boşqab, fincan və nəlbəkilərin, azalma isə əsasən paltaryuyan maşınların, televizorların, mobil telefonların və kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ay ərzində əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1%, ötən ilin iyun ayına nisbətən isə 104% təşkil edib.

Son xəbərlər

Orphus sistemi