Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birgə təşkilatçılığı ilə ölkədə ilk dəfə "Sığorta Festivalı" təşkil olunub.
"Report" xəbər verir ki, bu gün Bakı şəhərində Festivalın təntənəli açılış mərasimi keçirilir.
Azərbaycan Sığortaçılar Assosiasiyasının ekspert qrupunun üzvü Şəhriyar Məcidov jurnalistlərə açıqlamasında bildirib ki, tədbir 26 avqust - 7 sentyabr tarixləri arasında ölkənin ən böyük 10 şəhərində keçiriləcək.
Onun sözlərinə görə, festivalın başlıca əhəmiyyəti əhali arasında sığorta savadlılığının artırılması və sığorta xidmətlərinə əlçatanlığın təmin olunmasıdır.
"Festival Mərkəzi Bank, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosunun birlikdə həyata keçirdiyi genişmiqyası maarifləndirmə layihəsinin tərkib hissəsidir", - Ş.Məcidov əlavə edib.