Azərbaycanda içki istehsalı 2 dəfə artıb
- 15 iyun, 2023
- 09:10
Bu ilin yanvar-may aylarında Azərbaycanda 27 milyon 245,9 min dekalitr içki istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 97,8 % və yaxud təxminən 2 dəfə çoxdur.
“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanda spirtli içki istehsalı 2 822,1 min dekalitr (1 il əvvələ nisbətən 28,7 % çox), o cümlədən araq istehsalı 529,6 min dekalitr (16,4 % çox), viski-konyak istehsalı 80,2 min dekalitr (7,4 dəfə çox), üzüm şərabı istehsalı 467,9 min dekalitr (73,6 % çox), pivə istehsalı 1 744,4 min dekalitr (19,7 % çox) təşkil edib.
5 ayda 15 milyon 536,6 min dekalitr (il ərzində 19,6 % artıb) spirtsiz içki, 8 milyon 887,2 min dekalitr (47,4 % artıb) şirinləşdirilməmiş sular istehsal edilib.
Bu ilin iyunun 1-nə ölkədə spirtli içki ehtiyatı 1 milyon 515,3 min dekalitr, spirtsiz içki ehtiyatı isə 1 milyon 352,1 min dekalitr olub.