Azərbaycanda eyni şəxsin ötən il yaratdığı üç lizinq şirkəti ləğv olunur

Maliyyə
  • 02 noyabr, 2022
  • 05:48
Azərbaycanda eyni şəxsin ötən il yaratdığı üç lizinq şirkəti ləğv olunur

“GM Lizinq”, “NM Lizinq” və “Universal Lizinq” MMC-lər ləğv olunur.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Xatırladaq ki, hər 3 lizinq şirkəti ötən il yaradılıb. Onların hər birinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, 8, nizamnamə kapitalı isə 20 manatdır.