Azərbaycanda əmlak sığortası üzrə ödənişlər 46 %-ə yaxın azalıb
- 02 noyabr, 2024
- 12:40
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əmlak sığortası üzrə 166,286 milyon manat sığorta haqqı toplanılıb.
“Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,8 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 23,633 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 45,7 % azdır.
Əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 14,2 manatı ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 27,4 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı 17 sığorta şirkətinin xətti ilə 1 milyard 23,707 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,4 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 553,746 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 38,3 % çoxdur.
Bu ilin 9 ayında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 54,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 42,8 manat olub.