Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 9 % artıb
Maliyyə
- 20 yanvar, 2026
- 13:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 14 milyard 956,7 milyon manat olub.
Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilib ki, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə real ifadədə 9 % çoxdur.
Hüquqi şəxslər tərəfindən əhaliyə 11 milyard 236,3 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 %-ni təşkil edib.
Ötən il hər bir ölkə sakini orta hesabla 1 460,1 manatlıq və ya 2024-cü illə müqayisədə nominal ifadədə 197,2 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
Son xəbərlər
13:04
"Kəpəz" klubunun futbolçusu Azuma Abubakar "İmişli" ilə matçda iştirak etməyəcək
Futbol
13:03
ADY: Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır
İnfrastruktur
13:00
Misirin XİN rəhbəri ABŞ və İran arasında qarşıdurmanın yeni mərhələsi barədə xəbərdarlıq edib
Digər ölkələr
13:00
Azərbaycandakı bankların balans kapitalının məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
12:58
Kamran Musayev: Azərbaycanda ürək transplantasiyası proqramının davamlı ənənəyə çevrilməsi hədəflənir
Sağlamlıq
12:40
Azərbaycandakı bankların Mərkəzi Bank qarşısında öhdəliyinin məbləğinə görə renkinqi (01.10.2026)
Maliyyə
12:38
Ali Məhkəmədə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ilə bağlı qərar layihəsi müzakirə olunub
Hadisə
12:37
Yeganə Abbasova: Azərbaycan vətəndaşlarının sümük iliyi transplantasiyası üçün xaricə getməyinə ehtiyac qalmayacaq
Sağlamlıq
12:34
Noyabrın ilk gününə gözlənilən hava şəraiti açıqlanıb
Ekologiya