Azərbaycanda bəzi dövlət müəssisələrinin dividend ödənişinə cəlb olunması təklif edilir

Azərbaycanda bəzi dövlət müəssisələrinin dividend ödənişinə cəlb olunması təklif edilir Hesablama Palatası "Azər Türk Bank" ASC, "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" və "AzərGold" QSC-lərin dividend ödənişinə cəlb olunmasını təklif edib.
Maliyyə
18 Noyabr , 2024 21:20
Azərbaycanda bəzi dövlət müəssisələrinin dividend ödənişinə cəlb olunması təklif edilir

Hesablama Palatası "Azər Türk Bank" ASC, "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" və "AzərGold" QSC-lərin dividend ödənişinə cəlb olunmasını təklif edib.

“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.

"Bu mənbə üzrə mövcud potensialın daha effektiv istifadəsi və proqnozlaşdırılmış dividendlərin ödənməsində mümkün risklərin minimuma endirilməsi məqsədilə səhmlərində dövlətin payı olan müəssisələrin idarəetmə orqanları (Müşahidə Şuraları, İdarə Heyətləri və s.) ilə birgə müzakirələr əsasında müvafiq təhlillərin aparılmasını, həmçinin 2023-cü ildə fəaliyyətini mənfəətlə başa vuran müəssisələr, o cümlədən "Azər Türk Bank", "Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi" və "AzərGold" üzrə dividend ödənişi nəzərdə tutulmasını məqsədəuyğun hesab edirik", - deyə Rəydə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi