Azərbaycanda aksiz vergisi üzrə proqnoz 11 % artırılır
Maliyyə
- 14 oktyabr, 2023
- 06:41
2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 1 milyard 531 milyon manatının və yaxud 4,5 %-nin aksiz vergisinin payına düşəcəyi proqnozlaşdırılır.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,5 % çoxdur.
Aksiz vergisi üzrə daxilolmaların 1 milyard 358 milyon manatını və yaxud 88,7%-ni İqtiisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 173 milyon manatını və yaxud 11,3 %-ni Dövlət Gömrük Komitəsi təmin edəcək. Bunlar isə 2023-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən müvafiq olaraq 12 % və 0,6% çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.
Son xəbərlər
20:15
Ərdoğan Livan Prezidenti ilə regional məsələləri müzakirə edib
Region20:08
Gənclər və İdman Nazirliyi "Report" İnformasiya Agentliyini və əməkdaşını mükafatlandırıb
Fərdi20:00
Gənclər və İdman Nazirliyi 2025-ci ilin ən yaxşılarını açıqlayır - ƏLAVƏ OLUNUR
Fərdi19:54
Türkiyədə minimum əmək haqqı 28 min lirə olacaq
Region19:44
Ömer Bolat: Hədəfimiz Azərbaycanla ticarət münasibətlərimizi tam liberallaşdırmaqdır
Biznes19:35
Azərbaycan idmançıları 2025-ci ildə beynəlxalq turnirlərdə 2113 medal qazanıblar
Fərdi19:29
Məşhur aparıcı polisə ifadəsində "Fənərbağça"nın prezidenti barədə danışıb
Region19:18
Foto
Ermənistan vətəndaşlarının məhkəməsində Levon Mnatsakanyan son sözlə çıxış edib - YENİLƏNİB
Daxili siyasət19:18