Azərbaycan hökumətinin Beynəlxalq Bankdakı payı 91%-i keçib

Azərbaycan hökumətinin Beynəlxalq Bankdakı payı 91%-i keçib Bankın səhmdarlarının pay bölgüsü dəyişib
Maliyyə
24 Yanvar , 2017 16:00
Azərbaycan hökumətinin Beynəlxalq Bankdakı payı 91%-i keçib

Bakı. 24 yanvar. REPORT.AZ/ “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) nizamnamə kapitalının 600 mln. manat və yaxud 93,56% artırılmasından sonra Bankın səhmdarlarının pay bölgüsü dəyişib.

“Report” xəbər verir ki, kapital artımı üçün dövriyyəyə buraxılmış, hər birinin nominal dəyəri 0,27 manat olan 2 222 222 223 ədəd adi səhmlərin hamısını kredit təşkilatının əsas səhmdarı olan Maliyyə Nazirliyi əldə edib. Alqı-satqı “Unicapital” investisiya şirkətinin anderayterliyi ilə baş tutub. Son nəticədə Nazirliyin ABB-dəki payı 54,96%-dən 76,73%-ə yüksəlib.

Əvəzində Bankın problemli aktivlərinin idarə edilməsi ilə məşğul olan “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının payı 28,18%-dən 14,56%-ə, 12 qeyri-dövlət müəssisəsinin və 1 761 fiziki şəxsin toplam payı isə 16,86%-dən 8,71%-ə düşüb. “Aqrarkredit”in səhmlərinin 100%-i Azərbaycan hökumətinə məxsus olduğunu nəzərə alsaq, Beynəlxalq Bankda dövlətin payının 91,29%-ə çatdığını demək olar.

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Hazırda onun nizamnamə kapitalı 1 241,287 mln. manatdır.

Son xəbərlər

Orphus sistemi